12 C
Baku
Wednesday, December 11, 2024

Şamaxıda qanunsuz ət satan məntəqələr aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri yerli icra orqanlarının əməkdaşları ilə birgə Şamaxı rayonu ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, reyd zamanı baytarlıq ekspertizası (baytarlıq-sanitariya) aparılmadan heyvan kəsiminin və ət satışının həyata keçirildiyi müəyyən olunub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb olunub, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Son xəbərlər
Digər xəbərlər