21 C
Baku
Saturday, May 4, 2024

Samir Nəsirov: “Tədiyyə balansının profisitli olması inflyasiya idxalını məhdudlaşdırır”

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyyə balansının profisiti neft və qaz qiymətlərinin əlverişli olması və qeyri-neft qaz ixracının artması nəticəsində 5.2 milyard ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

Onun sözlərinə görə, bu dövrdə tədiyyə balansının profisiti ÜDM-in 14.5 %-ni təşkil edib.

“Ehtiyat aktivlərimizin həcmi də 6 ayda artıb. Ümumiyyətlə tədiyə balansı profisitlidirsə, ölkənin strateji valyuta ehtiyatları artır və valyuta balansında tarazlıq olur. Bu da manatın məzənnəsinə təsir edir. Belə olduqda inflyasiya idxalı məhdudlaşır”, – S. Nəsirov bildirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər