2022-ci ildə ümumi 36 min aviareys yerinə yetirilib ki, onun da 18 mini daxili reyslərlə birgə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir.
Bunu AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib.
O qeyd edib ki, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41 %-ni AZAL, qalan 59 %-ni isə digər aviaşirkətlər daşıyıb:
“Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb”.
S. Rzayev, həmçinin, 2022-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportuna 36 xarici aviaşirkətin uçuşlar həyata keçirdiyini və 2,2 milyon sərnişinin daşındığını vurğulayıb: “Bu isə, öz növbəsində, indiyədək rekord nəticədir”.