16 C
Baku
Thursday, March 28, 2024

“Samsung” artırılmış reallıq oyun platformasını təqdim edib – Video

Cənubi Koreyanın “Samsung” şirkəti artırılmış reallıq (AR) texnologiyalı “Dreamground” oyun platformasını təqdim edib. Qeyd edək ki, AR texnologiyası insanları rəqəmsal mühitə salmaq üçün yaradılıb.

Banker.az xəbər verir ki, burada insanlar smartfonlarından istifadə edərək sənət əsərlərini tədqiq edə, digər “dünyalara” səyahət edə və ekranda gördükləri animasiyalarla birbaşa təmasda ola bilərlər.

Eyni zamanda “Dreamground” platformasında real vaxt rejimində insanlarla əlaqə saxlamaq, AR obyektlərindən istifadə etmək və rəsm çəkərək öz sənət əsərlərini yaratmaq mümkündür.

Qeyd edək ki, şirkət Nyu-York və Los-Ancelesdə oyun platformalarına dair iki pilot layihə buraxıb. “Samsung”un daha əvvəl təqdim etdiyi “Galaxy 5G” cihazlarının köməyi ilə də artırılmış reallıq portallarına çıxmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər