6 C
Baku
Sunday, December 15, 2024

“Samsung” Azərbaycanın telefon bazarında “Apple”i qabaqladı

Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı ötən ilin noyabr ayı ilə müqayisədə 0.55% artıb.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 45.48% təşkil edib.

Bu dövrdə  “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı isə 30.92 % təşkil edib ki, ötən ilin noyabr ayı ilə müqayisədə bu göstərici 1.38% çoxdur.

Üçüncü yerdə isə  bazar payı 14.01 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki,  bu şirkətin Azərbaycan üzrə bazar payı dekabr ayı ərzində 0.71% azalıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü belədir:

Huawei 5.35%

LG 0.72%

Lenovo 0.52%
Son xəbərlər
Digər xəbərlər