16 C
Baku
Thursday, April 25, 2024

“Samsung” bu smartfonların istehsalını tamamilə dayandırır

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy Note” seriyalı smartfonların istehsalını tamamilə dayandırdığını açıqlayıb.

Banker.az xəbər verir ki, məlumata görə, müvafiq modellərin buraxılışı şirkətin 2022-ci il planında nəzərdə tutulmayıb.

Hesablamalara görə, bu il “Samsung” 3.2 milyon ədəd “Galaxy Note 20” satıb. “Galaxy S21 Ultra” və “Galaxy Z Fold 3” modellərini “S Pen” stilusu ilə təmin etməklə, bütün diqqətini digər seriyalara yönəldib.

“Galaxy Note” seriyasının dayandırılmasının əsas səbəbi qatlanan displeyli smartfonların istehsalının artmasıdır. Əvvəlki variantlardan imtina, modellər arasında daxili rəqabətin qarşısını almağa və diqqəti yeni nəsil smartfonların buraxılışı üzərində cəmləşdirməyə kömək edəcək.

Şirkət gələn il 13 milyon ədəd qatlanan “Galaxy Z” smartfonu satmağı planlaşdırır. Modelin növbəti ilin üçüncü rübündə yenilənəcəyi gözlənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər