24 C
Baku
Saturday, June 1, 2024

Samsung-dan növbəti ucuz telefon gəlir – 5G texnologiyası olacaq

Müxtəlif mənbələrdən gələn sızıntılara görə, Samsung şirkəti Samsung Galaxy A32 5G adı veriləcək yeni smartfon üzərində iş aparır.

İddiaya görə, bu cihaz şirkətin ən ucuz 5G texnologiyalı “ağıllı” telefonu ola bilər.

SM-A326 model nömrəli telefon şirkətin 2021 Galaxy A seriyasında yer alacaq.

Smartfona 48 Mp-lik əsas, 2 Mp-lik dərinlik sensorunun olduğu kamera sistemi quraşdırılacaq. Bundan başqa, cihazın 5000 mAs gücə sahib bateraya ilə təchiz ediləcəyi deyilir.

Qeyd edək ki, telefonun digər xüsusiyyətləri, təqdimat tarixi və qiyməti hələlik bəlli deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər