“Samsung” iki il ərzində aktiv olmayan hesabları siləcək

“Samsung” iki il ərzində aktiv olmayan hesabları siləcəyini açıqlayıb. “The Verge” yazır ki, şirkət 4 iyun 2025-ci ildə istifadəçilərə xəbərdarlıq məktubu göndərib.

Məktubda  deyilir ki, hesab silinərsə, onu və onunla əlaqəli bütün məlumatları bərpa etmək mümkün olmayacaq. Məlumata görə, köhnə hesablar 31 iyul 2025-ci il tarixindən etibarən silinəcək.

“Ailə” hesabları, “yığılmış bonusları” olan hesablar və “Samsung” veb-saytında alış-veriş etmək üçün istifadə edilən hesablar istisnadır.

“Samsung” bildirir ki, hesabınızı aktiv saxlamaq üçün hər iki ildən bir ona ən azı bir dəfə daxil olmalısınız.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər