Banker.az xəbər verir ki, Samsung Electronics şirkəti 2017-ci ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə əməliyyat gəlirini 72% artırıb. Beləliklə də, ilkin məlumatlara görə, bu gəlir rekord həcm hesab olunan 14,1 trilyon vona (12,1 milyard dollar) çatacaq. Bu göstərici analitiklərin ilkin proqnozlarını 1 trilyon von üstələyir.
Həmçinin şirkətin aprel-iyun aylarında gəlirinin 17,8% artacağı, yəni 60 trilyon vona (təqribən 50 milyard dollar) çatacağı gözlənilir.
Şirkət belə bir göstəriciyə nail olduğu halda, onun rüblük gəliri ilk dəfə olaraq Apple şirkətinin cari göstəricisini üstələyəcək. Wall-Street analitikləri Apple şirkətinin rüblük əməliyyat gəlirini 10,49 milyard dollar, mənfəətini isə 44,9 milyard dollar olaraq qiymətləndirirlər.
Bundan əlavə, ilin əvvəlindən Samsung Electronics şirkətinin bazar dəyəri də demək olar ki, üç dəfə artıb və 345,7 trilyon von (297 milyard dollar) təşkil edib.