19 C
Baku
Friday, May 3, 2024

“Samsung” məşhur flaqmanın “Retro” versiyasını təqdim edib

“Samsung” şirkəti “Galaxy Z Flip5” qatlanan smartfonunun məhdud buraxılışlı “Retro” versiyasını təqdim edib. Məlumata görə, smartfon 2003-cü ildə buraxılan mobil telefonun şərəfinə hazırlanıb.

“Galaxy Z Flip5 Retro” smartfonu “SGH-E700” modelinin üslubunda mavi və gümüşü rənglərin kombinasiyası, 2000-ci illərin piksel qrafikası ilə interfeys və şəhər mənzərəli xüsusi animasiya ilə dizayn edilib.

Komplektə həmçinin üç stiker və smartfonun unikal seriya nömrəsinin həkk olunduğu kolleksion kart daxildir. Yeni “Samsung Galaxy Z Flip 5 Retro” məhdud sayda olacaq və yalnız Cənubi Koreya, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Avstraliyada satışa çıxarılacaq. Cihazın qiyməti açıqlanmayıb. Texniki cəhətdən yeni məhsul 2023-cü ilin yayında təqdim edilən qatlanan smartfonla tamamilə eynidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər