22 C
Baku
Saturday, June 25, 2022

“Samsung” qatlanan “Z Fold3” və “Z Flip3” smartfonlarını təqdim edib – Foto

“Samsung” yeni qatlanan “Z Fold3” və “Z Flip3” smartfonlarını təqdim edib. Şirkətdən verilən məlumata görə, “Galaxy Z Fold3” modeli 7.6 düymlük qatlanan daxili və 6.2 düymlük xarici ekranla təchiz edilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu “S Pen” dəstəkləyən ilk smartfondur.

unnamed 9

unnamed 6 unnamed 8 unnamed 7

Cihaz əvvəlki nəslə nisbətən daha yüngül və incədir.

unnamed 7

Smartfonun daxili ekranı altında 4 MP kamera yerləşir.

unnamed 6

Ümumilikdə, smartfon üç xarici kamera ilə təchiz edilib: 12 MP (f2.2), 12 MP (f1.8) və 12MP (f.40). Cihaz “Snapdragon 888” prosessoru və 4400 mAh tutumlu akkumulyatorla işləyir.

unnamed 5

“Z Fold3” smartfonu qara və yaşıl rəngdə, 256 GB və 512 GB versiyalarında mövcud olacaq. Güman edilir ki, modelin qiyməti 3675 AZN təşkil edəcək.

unnamed 4

“Z Flip3” smartfonu 6.7 düymlük AMOLED ekranı ilə təchiz edilib.

unnamed 1

Xarici ekranın ölçüləri böyüdülüb və 1.9 düym təşkil edir.

unnamed 3

“Z Fold” kimi bu model də “IPX8” dərəcəli qorunma texnologiyasına malikdir.

unnamed 2

“Galaxy Z Flip3” smartfonu bej, qara və bənövşəyi rənglərdə, 128 GB (2 050 AZN) və 256 GB (2 200 AZN) versiyalarında mövcud olacaq.

unnamed 1
Smartfonlarla yanaşı, şirkət yeni nəsil “ağıllı” saat təqdim edib – “Watch4” və “Watch4 Classic”.

unnamed 10

Cihaz “BioActive” sensoru ilə təchiz edilib və nəbzi ölçməklə yanaşı, bioimpedans analiz həyata keçirə bilir. “Samsung”un verdiyi məlumata görə, bu saat təzyiq, aritmiya, oksigenin miqdarını ölçür, o cümlədən bədənin tərkibini müəyyənləşdirir.

unnamed 1

“Watch4” modelinin qiyməti 460 AZN (40 mm) və 520 AZN (44 mm) təşkil edəcək. “Watch4 Classic”in qiyməti 630 AZN (42 mm) və 690 AZN (46 mm) olacaq.
Yenilənmiş “Buds2” yeni dizayn və səs-küyü aradan qaldıran texnologiya ilə təchiz edilib.

Cihazlar öncədən sifariş üçün 11 avqustdan etibarən əlçatan olacaq, satışlar 10 sentyabrda başlayacaq.

Son xəbərlər
Oxşar xəbərlər