-3 C
Baku
Sunday, December 15, 2024

Samsung şirkəti Galaxy Note 7 uğursuzluğundan sonra 200 menecerini işdən qovur

Partlayan Galaxy Note 7 qalmaqalı şirkətə böyük zərbə vurdu və hazırda şirkət nəticələr çıxarmaqdadır. Şirkət təqribən 200 menecerini işdən azad etməyi planlaşdırır. Ümumilikdə, şirkət 1000-ə yaxın menecerə sahibdir, yəni hər 5-ci menecer ixtisar edilmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Verilən məlumatlara görə, şirkətin vitse-sədri, faktiki olaraq Samsung Electronics-i idarə edən Li Ce Yen mobil şöbənin prezidenti Ko Don Çin-i, həmçinin onun bir çox köməkçisini şirkətdən uzaqlaşdırmaq niyyətindədir.

Menecerlərin kütləvi şəkildə işdən azad edilməsi Samsung şirkəti üçün normal bir haldır. Belə ki, şirkət keçən il 129 rəhbər şəxsi işdən azad etmişdi. Bu 2016-cı ildə azad ediləcək şəxslərdən nisbətən az idi.

Son xəbərlər
Digər xəbərlər