26 C
Baku
Saturday, July 27, 2024

“Samsung” yeni Galaxy S23 smartfonlarını təqdim edib – Qiymətlər

“Samsung” şirkəti yeni Galaxy S23, Galaxy S23 Plus və Galaxy S23 Ultra smartfonlar xəttini təqdim edib. Eyni zamanda, şirkət üç modeldən ibarət Galaxy Book noutbuklarının yenilənmiş versiyasını nümayiş etdirib.

Bütün cihazların 17 fevralda satışa çıxarılacağı gözlənilir.

Galaxy S23 və S23 Plus

Hər iki model Snapdragon 8 Gen 2 (ABŞ bazarında), OLED-displey, 50 Mp əsas və 12+10 Mp ön kamera ilə təchiz olunub. S23 modelinin ekranı 6.1 düym, S23 Plus modelinin ekranı isə 6.6 düym təşkil edir.

Cihazlar dörd rəngdə təqdim olunub: bənövşəyi, yaşıl, krem və qara. Galaxy S23 smartfonunun qiyməti 799 dollardan, S23 Plus smartfonunun qiyməti isə 999 dollardan başlayır.

S23 

  • Ekran — 6.1 düymlük Dynamic AMOLED 2X
  • Platforma — Snapdragon 8 Gen 2 Mobile Platform for Galaxy
  • Yaddaş — 8 GB operativ və 128, 256 yaxud 512 GB fleş-yaddaş
  • Akkumulyator — 3900 mАh
  • Kameralar — 50MP əsas kamera, 12MP ultragenişbucaqlı kamera, 3x optik zumlu 10MP telekamera və 12MP ön kamera
  • Ölçüləri — 146.3 х 70.9 х 7.6 mm, çəkisi 168 qram

Galaxy S23 PR dl1 Family large

S23 Plus

  • Ekran — 6.6 düymlük Dynamic AMOLED 2X
  • Platforma — Snapdragon 8 Gen 2 Mobile Platform for Galaxy
  • Yaddaş — 8 GB operativ və 256 yaxud 512 GB fleş-yaddaş
  • Akkumulyator — 4700 mАh
  • Kameralar — 50MP əsas kamera, 12MP ultragenişbucaqlı kamera, 3x optik zumlu 10MP kamera və 12MP ön kamera
  • Ölçüləri — 157.8 х 76.2 х 7.6 mm, çəkisi 196 qram

download 2

Galaxy S23 Ultra

Cihaz dizayn baxımından yenilənib və Snapdragon 8 Gen 2 (ABŞ bazarında) prosessoru, 8 və ya 16 GB operativ yaddaş, 200 Mp əsas və 12+10 Mp ön kamera alıb. Modelin ekranı 6.8 düym ölçüsündədir.

  • Ekran — 6.8 düymlük Dynamic AMOLED 2X
  • Platforma — Snapdragon 8 Gen 2 Mobile Platform for Galaxy
  • Yaddaş — 8 GB operativ və 256, 512 yaxud 1 TB fleş-yaddaş
  • Akkumulyator — 5000 mАh
  • Kameralar — 200MP əsas kamera, 12MP ultragenişbucaqlı kamera, 3x optik zumlu 10MP kamera, 10x optik zumlu 10MP periskopik kamera və 12MP ön kamera
  • Ölçüləri — 163.4 х 78.1 х 8.9 mm, çəkisi 234 qram

download

Galaxy S23 PR dl4 Family large

Galaxy S23 Ultra modeli də dörd rəngdə təqdim olunub: bənövşəyi, yaşıl, krem və qara. Qeyd olunur ki, smartfonla birgə komplektə S Pen qələmi də daxildir. Yeniliyin qiyməti 1200 dollardan başlayır.

Son xəbərlər
Digər xəbərlər