19 C
Baku
Friday, May 3, 2024

“Samsung” yeni Galaxy Tab A9 və Galaxy Tab A9+ planşetlərini təqdim edib

“Samsung” şirkəti yeni Galaxy Tab A9 və Galaxy Tab A9+ planşetlərini təqdim edib. Galaxy Tab A9 və Galaxy Tab A9+ planşetləri 2023-cü ildə bazara çıxacaq, cihazların qiyməti hələ açıqlanmayıb.

Yeniliklər “A” seriyasının ən böyük cihazları olub – Galaxy Tab A9 8.7 düymlük, Galaxy Tab A9+ isə 11 düymlük ekranla təchiz edilib. Hər iki planşet 64 və ya 128 GB daxili yaddaş, 4 və ya 8 GB əməli yaddaş alıb.

Galaxy Tab A9 2 MP, Galaxy Tab A9+ isə 5 MP ön və 8 MP arxa kameraya malikdir. Qurğular 4G LTE (Galaxy Tab A9) və 5G (Galaxy Tab A9+) mobil şəbəkələrini dəstəkləyir. Galaxy Tab A9 5100 mAh, Galaxy Tab A9+ isə 7040 mAh tutumlu batareya alıb. Hər iki planşet ayrıca satılan aksesuarları dəstəkləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər