15 C
Baku
Saturday, April 20, 2024

“Samsung” yeni “Galaxy Z Flip3 Bespoke Edition” smartfonunu buraxıb – Fotolar

“Galaxy Unpacked Part 2” təqdimatı zamanı Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası qatlanan “Galaxy Z Flip3 Bespoke Edition” smartfonunu təqdim edib.

Galaxy Z

Banker.az xəbər verir ki, müştərilərə 49 mümkün rəng kombinasiyası təklif olunub. İstehsalçı beş ön və arxa, o cümlədən iki çərçivə rəngi təqdim edib. Rəng seçimi etmək üçün alıcı şirkətin rəsmi portalında “Galaxy Z Flip3 Bespoke Studio” bölməsinə daxil olaraq sifariş göndərməlidir.

“Galaxy Z Flip3” smartfon modelini oktyabrın 20-dən etibarən sifariş etmək mümkündür. Ölkələrin siyahısı hələki məhduddur – yenilik yalnız Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və Cənubi Koreya üçün əlçatandır. Satış qiyməti regiondan asılı olaraq dəyişir. ABŞ-da “Galaxy Z Plip3 Bespoke Edition” smartfonunun qiyməti 1049 dollar, Almaniyada isə 1149 avro təşkil edir.

Son xəbərlər
Digər xəbərlər