15 C
Baku
Friday, April 26, 2024

“Samsung” yeni “Wallet” xidmətini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti mövcud “Pay” və “Pass” platformalarını birləşdirmək üçün nəzərdə tutulmuş yeni “Wallet” xidmətini elan edib. Yeni xidmət ödəniş kartı və parol məlumatlarını, həmçinin loyallıq kartlarını saxlayacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Samsung Wallet 1

İlin sonuna kimi “Wallet” sürücülük və tələbə vəsiqələrini də dəstəkləyəcək, daha sonra isə təyyarələrə minmə talonlarını xidmətdə saxlamaq mümkün olacaq. Tətbiq “Samsung Blockchain Wallet” ilə inteqrasiya olunacaq ki, istifadəçilər bütün kriptovalyutalarının dəyərini bir yerdə izləyə bilsinlər. Wallet artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya və Almaniyada Android 9 və daha yeni “Galaxy” smartfonlarının sahibləri üçün əlçatandır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər