5 C
Baku
Wednesday, February 21, 2024

“Samsung”un Direktorlar Şurasının sədri vəzifədən getdi

2018-ci ilin mart ayından “Samsung” şirkətinin Direktorlar Şurasına (DŞ) sədrlik edən Lee Sanq-hun vəzifəsini tərk edib.

“Yonhap” xəbər verir ki, buna səbəb onun əmək qanunverciiyini pozması, həmkarlar ittifaqlarının fəaliyyətini əngəlləməsi üstündə həbs olunmasıdır.

“Samsung”un DŞ-nın yeni sədri yaxın günlərdə məlum olacaq. Bu vəzifəyə Şura üzvlərindən birinin təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki, Lee Sanq-hun ötən ilin dekabr ayında Seul Mərkəzi Dairə Məhkəməsi tərəfindən təqsirkar bilinərək 18 ay həbs cəzasına məhkum edilib. Bu, DŞ-nın sədri üçün ilk bu kimi hal olsa da, onunla birlikdə şirkətin 26 rəhbər şəxsi müxtəlif cəzalara məhkum ediliblər. Pozuntular arasında alt icraçı şirkətləri bağlamaq, həmkarlar ittifaqlarının fəallarına qarşı çıxıb getmələri üçün müxtəlif çirkin təzyiq vasitələrinə əl atmaq, şirkətlə işçilər arasındakı müqavilələri yubatmaq kimi əməllər var.

©Report

Son xəbərlər
Digər xəbərlər