“Samsung” şirkətlər qrupunun ötən il vəfat etmiş başçısı Li Qon Hinin varisləri 12 trilyon vondan çox (10,7 milyard dollar) miras vergisi ödəyəcəklər. Bu, ölkə tarixindəki ən böyük belə ödəniş olacaq.
TASS agentliyi xəbər verir ki, bu barədə Li ailəsinin nümayəndələri çərşənbə günü bildiriblər.
Li Qon Hinin varisləri onun həyat yoldaşı, oğlu və iki qızıdır.
Koreya Respublikasının ən varlı adamı Li Qon Hi 2020-ci ilin oktyabrında vəfat edib. Onun özündən sonra qoyduğu səhmlərin və əmlakın dəyəri 25 trilyon vondan çoxdur (təxminən, 22,5 milyard dollar).