9 C
Baku
Thursday, December 12, 2024

“Samsung”un rüblük gəliri 95% düşüb

“Samsung Electronics” 2023-cü ilin ikinci rübündə 668.5 milyard von (27 iyul 2023-cü il tarixinə təxminən 525.3 milyon dollar) əməliyyat gəliri göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95% azdır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

2023-cü ilin ikinci rübünün nəticəsi “Samsung” üçün 2009-cu ilin birinci rübündən bəri ən pis nəticə olub. Mənfəətin azalması “Samsung”un prioritet biznesi olan yaddaş çiplərinə tələbatın kəskin azalması ilə əlaqələndirilir.

Eyni zamanda, “Samsung”un dövr ərzində xalis mənfəəti 1.72 trilyon von, yəni illik müqayisədə 84.5% azalıb. Ümumilikdə satışlar 22.3% azalaraq 60 trilyon von olub.

“İlin ikinci yarısında çiplərə tələbatın tədricən bərpa olunacağı gözlənilir ki, bu da komponent biznesi hesabına şirkətin gəlirlərinin yaxşılaşmasına gətirib çıxarmalıdır”, – mesajda deyilir.

Bundan əlavə, maliyyə səmərəliliyini bərabərləşdirmək üçün Cənubi Koreya texnoloji nəhəngi süni intellektin hazırlanması və istismarı üçün zəruri olan neyroprosessorların hazırlanması və istehsalına diqqət yetirmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər