11 C
Baku
Monday, November 25, 2024

Samuel Bronfman – məşhur spirtli içki istehsalçısı

Samuel Bronfman – (1889-1971) kanadalı biznesmen və dünyada nəhəng spirtli içki istehsalçısı olan “Seagram” şirkətinin yaradıcısıdır.

Bronfman Bessarabiyada Soroki şəhərində Bronfmanlar – böyük sahibkarlar sülaləsində dünyaya gəlib. Onun valideynləri tütün becərilməsi ilə məşğul olurdu.

Daha sonradan Samuel hələ azyaşlı olduğu bir vaxtda onun ailəsi Kanadaya emiqrasiya olunur. Burada atası və böyük qardaşları taxta emalı ilə məşğul olur.

1903-cü ildə isə onlar mehmanxana biznesinə qoşulur və buradan əldə edilən yüksək gəlirlərlə yeni mehmanxanalar alırlar.
Fəaliyyət sahəsi

1924-cü ildə Bronfman Monrealda kiçik distribütor şirkəti olan “DistillersCorporation”ı yaradır və bu şirkət ilkin olaraq ucuz viski satmaqda ixtisaslaşmışdı. ABŞ-da spirtli içki ticarəti ilə məşğul olmaq qadağan olunmasından istifadə edən Bronfman Boston, Nyu-York və Çikaqoya viksi satırdı. Əldə edilən yüksək gəlir hesabına Bronfmanın şirkəti “JosephE. Seagram&Sons” şirkətini alır. Şirkət alındıqdan sonra adı dəyişdirilərək “SeagramCo. Ltd” adlandırılır. Tezliklə şirkət daha keyfiyyətli məhsul istehsal etməyə başladı və Bronfmanın rəhbərliyi altında beynəlxalq distribütor imperiyasına çevrildi. Bununla da şirkət dünyada spirtli içki istehsal edən ən böyük şirkətə çevrildi. Şirkətin Nyu-Yorkda yerləşən baş-qərargahı Manhettendə, 1958-ci ildə tikilmiş SeagramBuilding göydələnində yerləşirdi.

Son xəbərlər
Digər xəbərlər