Bir çoxlarımıza məlumdur ki, ABŞ-da hər bir ştat öz ərazisi daxilində öz qanunlarını yaratmaq hüququna malikdir. Bəzən bu qanunlar ədalətli və başa düşülən olduğu halda, bəzən də kifayət qədər qəribə təsir bağışlayır. Məsələn, San-Fransisko dövlət qulluqçularının Arizona ştatına səyahəti qadağandır. Bəs bu şəhərdə daha nələr qadağan edilib?
McDonalds-da oyuncaqlı “Happy meal”
Technomic-in 2009-cu ildə apardığı araşdırmaya görə, amerikalı uşaqlar bu restoranlar şəbəkəsini ən sevdikləri restoran olaraq seçmişlər. Buna əsas səbəb isə Happy Meal tərkibində oyuncaqların olması bu tendensiyanı sürətləndirmişdir. Uşaqlar yeməklə birgə oyuncaq əldə etməyi sevdiklərini bildirmişlər.
Qeyri-sağlam qidalanmaya səbəb olan bu restoranın marketinq gedişini dayandırmağı qərara alan San-Fransisko rəhbərliyi Happy Meal satışını qadağan edir. Bununla yanaşı, McDonalds hüquqşünasları öz işlərini “yaxşı” görmüş və məhdudiyyətlərdən xilas olmağın yolunu tapmışlar. Belə ki, San-Fransisko oyuncaqların satışını qadağan edə bilməzdi və uşaq yeməklə birgə oyuncaq da əldə etmək istəsəydi əlavə olaraq 10 sent ödəməli idi. Bu mübarizə hələ də davam edir.
Plastik paketlər
Hazırda əksər supermarket şəbəkəsi və apteklərdə plastik paketlərdən istifadə edilmir. Lakin San-Fransisko rəhbərliyi bu qadağanı şəhərin bütün mağazalarında genişləndirmək qərarına gəlib. Bu tədbir qlobal istiləşmə və planetdə neft ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə görülüb.
Qablaşdırılmış su
2007-ci ildə şəhər büdcəsindən şüşədə olan su almaq üçün istifadə edilməsi qadağan edən qanun qəbul edilib. Bundan əlavə, şüşələrdə olan su park və şəhərə məxsus ərazilərdə satılmır. Qadağa şəhər rəhbərliyinin 2020-ci il üçün nəzərdə tutduğu tullantısız istehsalat proqramı çərçivəsində həyata keçirdiyi növbəti addımdır. San-Fransisko 2016-cı ilə qədər şüşə su satışına ümumiyyətlə qadağa qoymaq niyyətindədir.
Siqaret çəkmək
Kaliforniya ştatında bütün ictimai yerlərdə, restoran, kafe, bar və ofislərdə siqaret çəkmək qadağandır. Küçədə isə bina girişinə 6 metr yaxın ərazidə siqaret çəkmək olmaz. San-Fransisko və digər şəhərlərdə bu qadağa park və meydanlara da aiddir. Siqaret çəkməyə görə isə nəzərdə tuutlmuş cərimə 100 dollardır. Hər dəfə qayda pozuntusu təkrarlandıqda isə cərimə məbləği 100 dollar artırılır.
Qazlı içkilər
Bu qadağa da öz növbəsində əhalinin sağlamlığının qeydinə qalmaq və piylənmə ilə mübarizə aparmaq məqsədi daşıyır.
Arizona
Bu qadağa nə qədər qəribə səslənsə də, Arizona ştatının ciddi miqrasiya siyasətinə qarşı bütün dövlət qulluqçularının bu ştata gedişi qadağandır. Burada istisnalar yalnızca istintaq aparan polislər üçün keçərlidir.
Reklamda odlu silahdan istifadə
San-Fransisko ərazisində reklamlarda odlu silah təsvir etmək qadağandır. Bu senzura hətta film posterlərinə də şamil edilir.
Kinder sürpriz
Bu qadağa tək San-Fransiskoda deyil, bütün ölkə ərazisində keçərlidir. ABŞ ərazisinə gətirilən hər 1 “Kinder” yumurtası üçün 2500 dollar nəzərdə tutulub. Qeyd edək ki, bu qadağa 1938-ci ildən etibarən qüvvədədir və içərisində yeyilməyən obyekt olan istənilən konfetin satışı qadağandır.