26 C
Baku
Friday, April 19, 2024

Sanksiyalar rusiyalı milyarderin Ermənistandakı biznesini vurdu

Rusiyalı milyarder Oleq Deripaskanın Ermənistandakı biznesi ABŞ sanksiyaları üzündən ziyanla üzləşib.

RBK agentliyinə istinadən, Deripaskaya məxsus “Armenal” zavodu istehsalı azaltmaq və əməkdaşlarının bir hissəsini ixtisara salmaq məcburiyyətində qalıb.

Buna səbəb kimi ABŞ-ın Rusiyaya qarşı sanksiyaları üzündən zavodun istehsal etdiyi məhsula tələbatın azalması göstərilir.

“Armenal” zavodunda istehsal olunan məhsul əsasən Şimali Amerika və Avropaya ixrac olunurdu.

Qeyd edək ki, aprelin 6-da Vaşinqton alüminium istehsalı ilə məşğul olan “UC Rusal” şirkətini və onun sahibi Oleq Deripaskanın adını sanksiya siyahısına daxil edib.

© Oxu.Az

Son xəbərlər
Digər xəbərlər