23 C
Baku
Saturday, April 20, 2024

Sanksiyalara məruz qalan Moskvada həyat indi necədir?

Ukrayna Rusiya işğalı altında dağıdıldığı halda, Rusiyanın paytaxtı Moskvada müharibədən əlamət yoxdur. Beynəlxalq brendlər bazardan çıxsa da, yerli burger mağazaları, kafelər və türk dönərxanaları adamlarla doludur. “Sanksiyaya öyrəşmişik” deyən ruslar cəmiyyət ikiyə bölünsə də, Rusiya lideri Putinə dəstəyin artdığını deyirlər.

Rusiya ilə Ukrayna arasında müharibə birinci ayını arxada qoyub… Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, ölkəsini tərk etməli olan ukraynalıların sayı 4 milyona yaxınlaşıb. Bəs cəbhənin digər tərəfində nə baş verir? Dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsinə çevrilmiş Rusiyanın paytaxtı Moskvada hazırda həyat necədir? Ölkənin qərbində müharibə bütün şiddəti ilə davam edərkən, paytaxtda həyat heç bir şey olmamış kimi axır. Qalan ruslar “Biz baş verənlərə görə təəssüflənirik, lakin 2014-cü ildən bəri sanksiyalar və embarqolarla yaşamağa öyrəşmişik. McDonalds-ın ölkədən getməyi və IKEA-da alış-veriş etməmək bizi kədərləndirmir, qəzəbləndirir” deyirlər.

moskva mcdonalds

Gündə bir neçə dəfə həyata keçirilən İstanbul-Moskva aviareyslərində yer tapmaq demək olar ki, mümkün deyil. Bilet tapmaq səyahətin ən çətin hissəsidir. Türk Hava Yollarının təyyarələrinin 90 faizini ruslar təşkil edir – əsasən gənc qızlar, cavan oğlanlar, nənə-nəvələr, qadın qrupları… Ukrayna hava məkanının bağlanması ilə adətən iki saat 50 dəqiqə çəkən marşruta bir saat əlavə olunub. Turist vizası ilə ölkəyə problemsiz daxil olmaq olur. İstər havada, istərsə də yerdə müharibə mühitinin heç bir izinə rast gəlinmir. Ukraynada müharibə olduğuna dair binalardan asılmış bayraqlar və ya avtomobillərin şüşələrinə yapışdırılmış millətçi şüarlar kimi heç bir müharibə əlaməti yoxdur.

Taksi, kafe və marketlərdə “MasterCard” və “Visa” simvolları var. Kredit kartlarını qəbul edib-etmədiklərini soruşanda “Əlbəttə” deyirlər. Amma yalnız Rusiya kartları üçün… Səbəbini isə “Bankınızla əlaqə saxlayın. Bizdə heç bir problem yoxdur. Problem sizdədir” deyərək izah edirlər və üstüörtülü gülümsəyirlər. Sanksiyalar? Buna isə sadəcə gülümsəyərək deyirlər: “Ah, düzdür…”. Xaricilər üçün nağd puldan başqa çarə yoxdur. Rusların ən çox istifadə etdiyi ödəmə üsulu Apple Pay olsa da, indi biləklərindəki saat əvəzinə fiziki kartlardan istifadə etməyə başlayıblar.

Həftə sonu olsa da, Qırmızı Meydan tənhadır. Buna ən çox üzülənlər isə ətrafdakı suvenir satıcılarıdır. Onlar deyirlər ki, uçuşların ləğvi ilə qərb turistlərini Dubaydan gələn iranlı, iraqlı, çinli və ərəb turistlər əvəzləyib. Mağazalarda bir vaxtlar ən çox satılan kommunist dövrünün məhsulları artıq unudulub. Sovet dövrünə aid iz tapmaq çox çətindir. Qaqarin, Stalin və Lenin köynəkləri əvvəlki kimi məşhur deyilmiş. Bunları vitrinlərdə çar dövrünə aid hədiyyəlik əşyalar – matruşka gəlincikləri və şahzadə fiqurları bəzəyir. Ən çox satılanların başında “bizim üçün” mənasını verən və çox müzakirə olunan “Z” simvolu olan köynəklər var. Putinin şəkli olan məhsullar da böyük marağa səbəb olub. Dükan sahiblərinin verdiyi məlumata görə, bir vaxtlar bu məhsulların yeganə alıcısı alman turistlər olub, Rusiya lideri KGB dövründə Almaniyada xidmət etdiyi üçün ona rəğbət bəsləyirmişlər.

Qırmızı Meydanın yanındakı tarixi ticarət mərkəzi olan GUM-un içərisi nisbətən sıxdır. Dünyanın ən dəbdəbəli brendlərinin yerləşdiyi AVM-də bəzi mağazalar ‘texniki səbəblərdən’ bağlanıb. Oxşar elanlar Hugo Boss, Leika, Levi’s, Longines, Tag Heuer kimi mağazaların qapılarında yerləşdirilib. Adidas nəinki qapılarını, hətta küçələrdəki bütün vitrinlərini də bağlayıb. İnsanların əlində türk brendlərinin (Koton və Colin’s) çantalarına rast gəlmək olur.

moskva kucə brend magaza burberry

Moskvanın Arbat küçəsində bağlı Starbucks mağazasının qapısına “Davay, davay!” pankartı asılıb. Bunun nə demək olduğunu soruşduqda gülərək belə izah edirlər: “Rus yumoru! Gülə gülə! Guya sənin getməyin çox vecimizə idi”. Bağlanan Starbucksın ətrafında yan-yana çoxlu “üçüncü nəsil kofe məkanları” var. İnsanlar “Amerika peçenyesi” ilə verilən latteləri bu kafelərdə içirlər. Eyni şey McDonalds üçün də keçərlidir… “California Diner” adlı restoran kabus yerə oxşayan McDonalds-ın yanında rəngli neon işıqlarla diqqəti cəlb edir, içi də insanlarla doludur. Onlar araq kokteyllərini “Babes Never Die” adlı barda içirlər. Yerli “qastro-burger” barları Nyu Yorkdakı analoqlarından geri qalmırlar. Türk restoranlarının ulduzu da parlayıb… Taksim, Mesopotamiya, Kemer kimi adları olan restoran və dönərxanalar küçələrdədə ard-arda düzülüblər. Hamısı da doludur.

moskva burger kafe

Gecə həyatı son dərəcə aktivdir. Ruslar müharibədən danışmırlar. Telekanallarda rastlaşdığım verilişlər bunlardır: Xizək yarışı, Tom Kruz filmi, Yemək proqramı, ‘Sən Maskasan’ yarışması, dekorasiya proqramı… Axşam xəbərlərində NATO zirvəsi ilə bağlı xəbərlər və ABŞ-ın İraqı işğalına dair sənədli film.

 

moskva tv kafe

Bəs davam edən müharibə haqqında nə düşünürlər? Nüvə təhlükəsi, sürüklənən minalar, ölən insanlar? Soruşanda ya çaşqın gözlərlə gülümsəyirlər ya da “bunların hamısı siyasidir” deyirlər. İnstaqramsız həyat haqqında soruşduğum 20 yaşlarında bir gənc çiyinlərini çəkərək laqeyd şəkildə “bağlanırsa, bağlansın… Bizim öz sosial media platformalarımız var” deyir və əlavə edir: “Biz 2014-cü ildən sanksiyalarla yaşamağa öyrəşmişik. Rubl gah enir, gah yüksəlir…” O, Ukrayna haqqında fikirlərini belə izah edir: “Müharibə amerikalılar üçün bir oyundur. Ukrayna da bir poliqondur. Rusiya, Belarusiya və Ukrayna vahid slavyan xalqıdır. Bütün bu baş verənlər siyasi hadisələrdir”. Müharibəyə gedən tanışlarının olub-olmadığını soruşduqda isə, “Legionerlər döyüşür” deyə cavab verirlər. “Hər şey normal görünür, amma heç bir şey normal deyil,” – başqa bir gənc deyir: “Pulu olan və xüsusən də Ukrayna ilə iş görən rusların əksəriyyəti ölkədən qaçıb gedib”.

30 yaşlarında gənc qadın Moskvada insanların qeyri-müəyyənlikdən narahat olduğunu deyir. O deyir ki, müharibənin daha uzun sürəcəyindən narahatdır, çünki Ukraynaya kənardan dəstək verilir, eyni zamanda Rusiya da çox güclüdür. “VPN və ya digər mobil tətbiqlərin can sağ olsun” – o, bağlanan sosial media platformaları haqqında belə deyir. Bununla belə, Instagram-da işləyən minlərlə kiçik biznes sahibi əziyyət çəkir. Rus alternativləri Booking və Airbnb kimi tətbiqlərin çatışmazlığını hiss etdirmədi, o deyir ki, “Rusiya şirkətləri bu sanksiyalardan qazanc əldə edəcəklər”.

Ruslar müharibəyə gətirib çıxaran səbəblər haqqında nə düşünürlər? “Cəmiyyətdə fikir ayrılığı var, lakin əksəriyyət bizim haqlı olduğumuzu düşünür” deyir rus qadın. Putinlə bağlı fikirləri belədir: “Biz onun dəli olduğunu düşünmürük. O, Rusiyanı yenidən güclü ölkəyə çevirmək istəyir. Trampın “Make America Great Again” (“Amerikanı yenidən möhtəşəm et”) siyasəti kimi… Hətta əvvəllər Putinə qarşı olanlar da indi Putini dəstəkləyir”. Ukraynalılara yazığınız gəlmirmi? sualına isə belə cavab verir: “Bütün dostlarım mühacirət etməli oldular. Biz humanitar vəziyyətə görə təəssüflənirik… Ancaq Minsk prosesindən sonra heç bir iş görülməyib”.

Ukraynanın işğalı ilə Rusiyada üzərində Vladimir Putinin şəkli çap olunan fincanlar və matryoshkalar yenidən məşhurlaşıb. “Bizim üçün” mənasını verən və Rusiyada artan millətçiliyin simvoluna çevrilən “Z” simvolu olan köynəklər də yaxşı satılır. Qeyd edək ki, fevralın 24-də başlayan Ukrayna əməliyyatı zamanı Rusiyaya məxsus tank və zirehli texnikanın üzərinə “Z” hərfi çəkilib.

fincan putin e1648622121244

Banker.az bu məqalədə Türkiyə mətbuatına istinad edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər