19 C
Baku
Wednesday, October 16, 2024

SAP Rusiyada €350 mln. itirib

2022-ci ilin ikinci rübü üçün maliyyə hesabatlarında, Alman proqram təminatı istehsalçısı SAP, əməliyyat mənfəətinin 2021-ci ilin eyni dövründəki 1.92 milyard avroya qarşı 1.68 milyard avro təşkil etdiyini açıqlayıb. Beləliklə, Rusiya bazarını tək etməsinə görə şirkətin itkiləri 350 milyon avro olaraq qiymətləndirilib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Tərtibatçı xərcləri restrukturizasiya xərcləri (120 milyon avro), Rusiya və Belarusdan olan işçilərə müavinətlərin ödənilməsi, aktivlərin ucuzlaşması və rublun möhkəmlənməsi əsasında hesablayıb.

Dünyanın ən böyük proqram təminatı istehsalçıları olan “Microsoft”, “Oracle”, “SAP” və başqaları Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra bu ölkəni tərk ediblər. Həmçinin, bir sıra İT şirkətlər də (“Apple”, “Samsung”, “Intel” və digərləri) Rusiyaya tədarükü dayandırıblar.

Amerikanın pul köçürmə sistemi olan “Western Union” Rusiya və Belarusdan çıxmaqla təxminən 11 milyon dollar itirdiyini deyib. Mart ayında şirkət bu ölkələrdə fəaliyyətini dayandırdığını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər