Ermənistan prezidenti Armen Sarkisyan və Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat verib.
“Prezident Sarkisyan qeyd etdi ki, Ermənistan ATƏT-in Minsk Qrupu həmsədri Fransanın və prezident Makronun münaqişənin həllində göstərdiyi səyləri, o cümlədən tutduğu mövqeyi yüksək qiymətləndirir”, – mesajda deyilir.