Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb.
Bu barədə Mişel “Twitter”də bildirib.
Aİ liderinin sözlərinə görə, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
“Tacikistan-Qırğızıstan sərhədində şiddətli toqquşmalardan narahatlığımı ifadə etdim, Aİ sülh yolu ilə həllin tapılmasına dəstək verməyə hazırdır. Mən həmçinin Aİ-Tacikistan münasibətləri üçün insan haqlarının əhəmiyyətini vurğuladım”.