25 C
Baku
Saturday, July 27, 2024

Şarl Mişel: “Ukraynanın bərpasına 600 milyard dollar lazımdır”

“Müharibədən sonra Ukraynanı bərpa etmək üçün ən azı 600 milyard dollar lazımdır”.

Bunu Ukraynanın baş naziri Denis Şmıqal Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun birgə təşkil etdiyi tədbirdə bildirib.

Şmıqal beynəlxalq tərəfdaşlara Rusiyanın Ukraynanı və Ukrayna iqtisadiyyatını məhv etmək planlarından danışıb, həmçinin dövlətinə təcili qısamüddətli maliyyə ayırmağa çağırıb.

“Limanlar bağlanıb, fabriklər dağılıb, əkin kampaniyasını pozmağa cəhdlər edilib, şəhərlər yerlə-yeksan edilib. Bütün bunlar Ukrayna iqtisadiyyatını məhv etmək planının bir hissəsidir. Artıq itkilər 500 milyard dollardan çox təşkil edir. Bu il ÜDM 30%-dən 50%-ə enəcək. Ukraynanın tərəfdaşların maliyyə dəstəyinə ehtiyacı var. Biz belə qısamüddətli yardımın həcmini növbəti altı ay ərzində aylıq 4-5 milyard dollar həcmində qiymətləndiririk”, – deyə Ukrayna hökumətinin başçısı vurğulayıb.

Şmıqal müharibə başa çatdıqdan sonra Ukraynanın bərpası planı üzərində işlərin başlanmasından da danışıb.

“Ukraynanın bərpası ən azı 600 milyard dollara başa gələcək. Belə yenidənqurma təkcə infrastrukturun bərpasını deyil, həm də yeni iqtisadiyyatın inkişafını əhatə edəcək”, – baş nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər