14 C
Baku
Saturday, November 23, 2024

Satınalma üzrə menecer – Premium Transport MMC

Satınalma üzrə menecer

• Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
• Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif sorğularının keçirilməsini təşkil etmək;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilməsinə nəzarət etmək;
• Fəaliyyət istiqamətləri üzrə cəmiyyətin rəhbərliyinin keçirdiyi iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təşkili və texniki təminatı ilə bağlı tədbirlər görmək;
• Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görülməsinə nəzarət etmək;
• Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
• Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;
• Cəmiyyət Direktoru tərəfindən verilən yazılı və şifahi tapşırıqları vaxtı – vaxtında, operativ, düzgün və təhlükəsiz icra etmək.

• Yaş həddi: 25 – 45 arası;
• 6 günlük iş rejimi
• İş təcrübəsi: 3-5 il;
• Əmək haqqı müsahibə zamanı təyin ediləcək;
• Nahar, servis cəmiyyət tərəfindən təmin edilir;
• İş yeri: Qaradağ rayonu;
• Yalnız kişi namizədlər;
• Elektron ünvan: [email protected]

Son xəbərlər
Digər xəbərlər