12 C
Baku
Friday, March 29, 2024

Satış təmsilçisi – Sirab ASC

İş barədə məlumat
– Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq
– Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq
– Mövcud kampaniyaların həyata keçirilməsini təmin etmək
– Məhsulların tənzimlənməsi və varlığının yoxlanması (ifşası)-nı təmin etmək
– Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək
– Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq
– Yeni məhsulları tanıtmaq
– Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermə
– Müştərilərin problemlərini həll etmək, həll edə bilmədiklərini müdirə bildirərək həll etməyə çalışmaq
– Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək
– Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək
– Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək

Bizi linkedindən izlə

Namizədə tələblər

– Ali təhsilli
– Sürətli İstehlak sektorunda (əsasən qida- içki) ən azı 1 il satış təcrübəsi olan
– İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək
– Komanda işinə maraq göstərən
– Başlanğıc səviyyədə kompyuter biliyinə malik
– Satış sahəsində karyera qurmağı hədəf seçən
– Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran
– Planlaşdırma və problem həll etmə bacarığını inkişaf etdirmiş
– Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı
– Tənqidə açıq, şəffaf və bölüşgən
– Məsuliyyət daşımaq və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmiş
– Analitik-informasiya və strateji düşünmə qabiliyyəti olan
– Gərgin iş tempinə uyğunlaşa bilən

[email protected]

 

Son xəbərlər
Digər xəbərlər