18 C
Baku
Thursday, April 25, 2024

Satış üzrə Assistent (Sumqayıt nümayəndəliyi) – PAŞA Sığorta ASC

“PAŞA Sığorta” ASC namizədləri Sumqayıt nümayəndəliyində Satış üzrə Assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində çalışmaq;
• Şirkətə müraciət edən müştərilərə mövcud Telefon Mərkəzi və Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərmək;
• Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət etmək, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim etmək;
• Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirmək;
• Fərdi və bank müştərilərinə xidmət etmək, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazmaq;
• Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər etmək və şəhadətnamələrin yenilənməsini təmin etmək;
• Şirkətin əməkdaşlıq etdiyi partnyorların (agentlərin) maddi-texniki təminatına dəstək göstərmək;
• Birbaşa tabe olduğu menecerin tapşırığı ilə digər işlərin həyata keçirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
• Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək  bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
• Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
• Satış, Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir

Son müraciət tarixi: 30 Aprel, 2018-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər