9 C
Baku
Thursday, December 12, 2024

Satış və rezervasiya meneceri – AF Holding

Yeni açılacaq olan şəhərin mərkəzində Rəşid Behbudov küçəsində yerləşən ”Af Holding”-a aid olan 400 otağı olan otel üçün Satış və rezervasiya meneceri tələb olunur.

Vəzifəniz: Satış və rezervasiya meneceri

Tələblər:

∙ Təhsil: Ali, magistr (MBA və ya iqtisadiyyat üzrə təhsil üstünlük təşkil edir);
∙ Satış və rezervasiya meneceri vəzifəsində otel sahəsində iş təcrübəsi;
∙ Ofis proqramları: MS Office – əla səviyyədə (Word, Excel, Power Point, Outlook);
∙ Dil bilikləri: Azərbaycan və ingilis dilləri – mükəmməl;
∙ Güclü idarəçilik bacarıqları;
∙ Aktiv həyat mövqeyi, nəticəyönümlülük, işə biznes yönümlü yanaşma, operativlilik; məsuliyyətlilik kimi müsbət keyfiyyətlərə sahib olmaq;

Vəzifələr:

∙ Satış və marketinq strategiyasının, illik marketinq planının hazırlanması və tətbiq edilməsi;
∙ Bazarın, şirkətin mövqelərinin, rəqiblərin fəaliyyətinin hərtərəfli təhlil edilməsi;
∙ Şirkətin marketinq büdcəsinin planlaşdırılması;
∙ Maliyyə təkliflərinin irəli sürülməsi;
∙ Yeni müştərilərin axtarışı və cəlb olunması;
∙ İşgüzar danışıqların aparılması və işgüzar yazışmaların aparılması;
∙ Müştəri məmnuniyyəti bazasının aparılması (CRM);
∙ Mövcud müştərilərlə sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlanması;
∙ Satışların təşkili, təhlili və analizi;
∙ Otelin korporativ tədbirlərdə təmsil edilməsi;
∙ Marketinq tədbirlərinin effektivliyinin təmin edilməsi;
∙ Şirkətin kommersiya fəaliyyətini təhlil edilməsi;
∙ Satış komandası ilə hədəflərin birgə işlənməsi;
∙ Satış göstəricilərini yüksəltmək məqsədi ilə yeni satış imkanlarının öyrənilməsi;
∙ Satışın və digər marketinq göstəricilərinin səviyyəsinin artırılması; 
∙ Şirkətin nüfuz səviyyəsinin artırılması məqsədilə reklam kampaniyalarının, tədbirlərin təşkili və keçirilməsi;
∙ İnternet mühitində şirkətin inkişaf strategiyasının inkişaf etdirilməsi, şirkətin kommersiya fəaliyyətini yerinə yetirmək üçün yeni müştərilərin cəlb edilməsi;
∙ Şirkətin internet resurslarının inkişafı üçün strategiyanın və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi; 
∙ Görülən işlər barədə rəhbərliyə həftəlik, aylıq və illik hesabatların təqdim edilməsi.

CV-lərinizi vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
İş öhdəlikləri  və şərtlər haqqında daha ətraflı məlumat İş görüşməsi zamanı təqdim olunacaq.

Son xəbərlər
Digər xəbərlər