6 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Saudi Aramco” Asiya üçün neft qiymətlərini aşağı salıb

Səudiyyə Ərəbistanının neft-qaz şirkəti “Saudi Aramco” Asiya üçün neftin fevral satış qiymətlərini aşağı salıb.

Banker.az xəbər verir ki, “Səudiyyə Ərəbistanı Asiyadakı alıcılar üçün neft qiymətlərini aşağı salaraq, OPEC və OPEC+ ölkələrindən tədarükün koronavirusun sürətlə yayılması fonunda bazarı zəiflədə biləcəyinə işarə edir”, – deyə mesajda bildirilib.

Vurğulanır ki, Asiya üçün “Arab Light” neftinin qiyməti hazırkı səviyyədən 1.1 dollar aşağı olacaq.

Çərşənbə axşamı OPEC+ toplantısı keçirilib və bu toplantıda alyans fevralda hasilatı daha əvvəl elan etdiyi kimi, istehsalı gündə 400 min barel artırmaq qərarını verib.

“Saudi Aramco” – 1993-cü ildə əsası qoyulmuş Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkətidir, hansıki Asiya, Avropa və Şimali Amerikada üç əsas qlobal enerji bazarında təmsil olunur. Şirkətin işçilərinin sayı 70 min nəfəri ötür.

Son xəbərlər
Oxşar xəbərlər