Səudiyyə Ərəbistanın neft şirkəti “Saudi Aramco” noyabrın 20-də London Fond Birjasında həyata keçirməyi planlaşdırdığı səhmlərinin ilkin kütləvi tədavülünü (IPO) təxirə salıb.
Buna səbəb qiymətli kağızlara gözlənilən marağın az olmasıdır.
Xatırladaq ki, şirkət bundan əvvəl ABŞ, Kanada və Yaponiyanın fond bazarlarında səhmlərini satışa çıxarmamağa qərar verib.
©Report