5 C
Baku
Saturday, December 14, 2024

“Saudi Aramco” obyektlərini müharibə və terror hücumlardan sığortalamaq istəyir

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” ölkənin şərq ərazilərində yerləşən obyektlərini terror hücumlardan və hərbi müdaxilələrdən sığortalamaq niyyətindədir. Bu haqda bir neçə mənbəyə istinadən “Reuters” agentliyi məlumat verib.

“Saudi Aramco” nümayəndələrinin verdiyi məlumata görə, bu qərar neft şirkətinə dronlar vasitəsilə edilmiş hücumdan sonra verilib. Hazırda “Saudi Aramco” sığorta şirkətləri ilə danışıqlar aparır. Buna baxmayaraq, korporasiyanın hansı variantlardan birinə üstünlük verəcəyi hələ məlum deyil: qismən və ya tam sığorta.

Şirkət məsələyə şərh bildirməkdən imtina edib.

Xatırladaq ki, daha əvvəl “Saudi Aramco” nun Abkayk və Hurays ərazilərində yerləşən obyektlərinə hücum nəticəsində yanğın baş vermişdir. 

Son xəbərlər
Digər xəbərlər