“Saudi Aramco” neft məhsullarının paylanması üzrə ixtisaslaşan “Pakistan Gas & Oil Pakistan” şirkətinin 40%-lik payının alınmasını başa çatdırıb.
Bu barədə “Saudi Aramco”nun mətbuat xidmətin bəyanat yayıb.
Nəşr qeyd edib ki, “Gas & Oil Pakistan” Pakistanda neft məhsullarının ən böyük distribyutorlarından biridir və ölkə üzrə benzin, dizel yanacağı və yanacaq-sürtkü materialları satan 1200-dən çox pərakəndə satış məntəqəsi şəbəkəsinə malikdir.
“Saudi Aramco” ilə “Gas & Oil” Pakistanın səhmlərini almaq üçün müqavilə 2023-cü ilin dekabrında imzalanıb. 2024-cü ilin aprelində müqavilə Pakistan Rəqabət Komissiyası tərəfindən təsdiqlənib.