Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti “Geely” və “Renault Group” ilə birgə ekoloji mühərriklərin istehsalına sərmayə qoyacaq. Bu sərmayə şirkətin inkişafını dəstəkləyəcək və sintetik yanacaq məhlulları, o cümlədən yeni nəsil hidrogen texnologiyalar sahəsində əsas tədqiqat və inkişafa təkan verəcək. “Geely” və “Renault Group”un yeni müstəqil şirkətdə bərabər payları qoruyacağı gözlənilir.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Üç qitədə 17 fabrik və beş elmi-tədqiqat mərkəzindən ibarət qlobal şəbəkə ilə planlaşdırılan şirkət ildə 5 milyondan mühərrik istehsal etməklə qlobal təchizatçıya çevriləcək. Hesabatda bildirilir ki, ümumilikdə 130-dan çox ölkəyə məhsul tədarük ediləcək.
“Saudi Aramco” – 1933-cü ildə əsası qoyulmuş Səudiyyə Ərəbistanının milli neft və qaz şirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikanın üç əsas qlobal enerji bazarında təmsil olunur. Hazırda “Saudi Aramco”da 70 mindən çox insan çalışır.