12 C
Baku
Wednesday, December 11, 2024

“Saudi Aramco”nun hesabatından sonra neft ucuzlaşıb

Dünyanın ən böyük neft şirkəti “Saudi Aramco”nun hesabatlarının açıqlanmasından sonra dünyada neft qiymətləri 1 %-dən çox ucuzlaşıb.

Bunu hərracın məlumatları göstərir.

“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1,35 % azalaraq 75,98 ABŞ dolları/barelə, “WTI” markalı neftin iyun fyuçersləri isə 1,37 % azalaraq bir barel üçün 72,14 ABŞ dollarına düşüb.

İnvestorlar neft şirkətinin məlumatlarından başqa, Çindən gələn makro statistikaya da diqqət yetirə bilərdilər. Çərşənbə axşamı Çinin Gömrük İdarəsi yanvar-aprel ayları üzrə ticarət balansına dair məlumatları açıqlayıb. Çinin hesabat dövründəki ixracı 2,5 % artsa da, idxalı 7,3 % azalıb. Çin dünyanın ən böyük neft idxalçılarından biri olduğu üçün neft bazarı bu ölkənin iqtisadi göstəricilərini diqqətlə izləyir. Çoxları “sıfır COVID” siyasətindən sonra Çin iqtisadiyyatının bərpasının neftə tələbatı artıracağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər