9 C
Baku
Friday, December 13, 2024

“Saudi Aramco”nun səhmlərinin satılması prosesi gələn il tamamlanacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin satışı gələn il həyata keçiriləcək.

Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

Nazir prosesin gələn il tamamlanacağını bildirib: “Saudi Aramco”nun səhmləri 2018-ci ildə beynəlxalq və yerli bazarda satışa çıxarılacaq. Hazırda bu istiqamətdə işlər gedir”.

Xatırladaq ki, şirkətin səhmlərinin 5 faizlik hissəsi Səudiyyə Ərəbistanının birjası (Tadawul) ilə yanaşı, daha çox beynəlxalq bazarda satılacaq. “Saudi Aramco”nun səhmlərinin satışı üzrə məsləhətçi banklar artıq seçilib. Şirkətin səhmlərinin satışı zamanı “JPMORGAN Chase”, “Morgan Stanley” və “HSBC” bankları məsləhətçi qismində çıxış edəcəklər. Əvvəllər isə “Aramco”nun özəlləşdirilməsi üzrə “Moelis & Co”, “Evercore Partners Inc.” və “Michael Klein” məsləhətçi şirkətlər kimi seçilmişdi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər