1 C
Baku
Saturday, December 14, 2024

“Saudi Aramco”nun xalis mənfəəti 12 ən böyük neft şirkətini üstələyib

Səudiyyə Ərəbistanın milli neft şirkəti “Saudi Aramco”nun 2019-cu il üzrə xalis mənfəəti 88,2 mlrd. ABŞ dolları təşkil edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ötən il dünyanın 12 ən böyük neft şirkətinin birlikdə xalis mənfəəti isə 63,9 mlrd. ABŞ dolları olub.

2019-cu ildə ABŞ-ın “ExxonMobil” şirkəti 14,3 mlrd. ABŞ dolları, “Chevron” 2,92 mlrd. ABŞ dolları, “ConocoPhillips” 7,2 mlrd. ABŞ dolları, “Baker Hughes” 128 mln. ABŞ dolları xalis mənfəət əldə edib, “Halliburton” 1,13 mlrd. ABŞ dolları, “Schlumberger” 10,14 mlrd. ABŞ dolları məbləğində zərər edib.

Hollandiyanın “Royal Dutch Shell” şirkətinin xalis mənfəəti 15,84 mlrd. ABŞ dolları, Böyük Britaniyanın BP şirkətinin xalis mənfəəti 10 mlrd. ABŞ dolları, Fransanın “Total” şirkətinin xalis mənfəəti 11,83 mlrd. ABŞ dolları, İtaliyanın “Eni” şirkətinin xalis mənfəəti 163 mln. ABŞ dolları, Rusiyanın “Rosneft” şirkətinin xalis mənfəəti 10,9 mlrd. ABŞ dolları , Norveçin “Equinor” şirkətinin xalis mənfəəti isə 1,85 mlrd. ABŞ dolları təşkil edib.

©Report

Son xəbərlər
Digər xəbərlər