22 C
Baku
Tuesday, April 23, 2024

“Saudi Aramco”ya qarşı hücumda İrana məxsus olan silahlardan istifadə olunub

Yəməndə döyüşən ərəb koalisiyası, Krallığın neft infrastrukturuna edilən hücumlarda Yəmən yox, İran silahlarından istifadə edildiyini söyləyib.

Banker.az bu haqda Reuters agentliyinə istinadən məlumat verib.

Koalisiya sözçüsü polkovnik Turki əl-Malki, “Saudi Aramco” ya edilən hücumlarla bağlı istintaq prosesinin davam etdiyini söyləyib.

“İlkin nəticələr silahların İrana məxsus olduğunu göstərir və hal-hazırda biz dəqiq yerin müəyyənləşdirilməsi üzərində işləyirik. Terror hücumu Yəməndən təşkil edilməyib”, – deyə Malki Ər-Riyadda keçirilən press-konfransda bildirib.

Vesti.Ekonomikanın daha əvvəl verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların iki neftayırma zavoduna hücumundan sonra neft istehsalını müvəqqəti olaraq dayandırıb. Hücum səbəbiylə daxili bazarda yanacaq çatışmazlığının olmayacağını ifadə edən Salman, şirkətin meydana gələn ziyanı təsbit etmək üçün işlərini davam etdirəcəyini deyib.

ABŞ-ın Baş katibi Mayk Pompeo baş verənlərdə İranı günahlandırır. İran bütün ittihamları rədd edir.

“Bu qorxaq hərəkət əsasən Səudiyyə Ərəbistanını deyil, ümumdünya iqtisadiyyatını hədəfləyir”, – Pompeo bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər