7 C
Baku
Monday, December 2, 2024

“Şaurma N1” restoranında nöqsanlar tapılıb – Tam Siyahı

3 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 11, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Orxan” market Səbail rayonu, Q.Abbasov küç., ev 40, m. 19 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “24 Saat” market Yasamal rayonu, Ə.B.Haqverdiyev küç., ev 13 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3 “İlqar” market Səbail rayonu, Badamdar şosesi, ev 22 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 “İdeal” market Binəqədi rayonu, Biləcəri ştq, X.Natəvan küç., ev 4B 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
5 “Bizim” market Binəqədi rayonu, R.Allahverdiyev küç., ev 25 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
6 “Tez Bazar” market Abşeron rayonu, Masazır qəs., Ə.Vahid küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

4.Ev şəraitində hazırlanan məhsulların satışı

7 Babayev Elman Nəsir oğluna məxsus mağaza Oğuz şəhəri, Yaqublu kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 “Ailə” market Şəmkir rayonu, Şuşa küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
9 “Çinar” restoranı Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4.Ev şəraitində hazırlanan məhsulların satışı

10 “Həkəri” restoranı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4.Ev şəraitində hazırlanan məhsulların satışı

11 “Şaurma N1” restoranı Abşeron rayonu, Masazır dairəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
12 Şükürov Vidadi Qulu oğluna məxsus yeməkxana Oğuz şəhəri, S.Vurğun küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
13 İsmayılov Rəhman Mehman oğluna məxsus kafe Oğuz şəhəri, Yaqublu kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
14 Şükürov Asif Nurəddin oğluna məxsus çay evi Oğuz şəhəri, Yaqublu kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Son xəbərlər
Digər xəbərlər