17 C
Baku
Sunday, May 5, 2024

Saxlanılan general barəsində həbs qətimkan tədbiri seçildi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

https://banker.az/general-mayor-b%c9%99kir-orucov-saxlanildi/

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər