9 C
Baku
Friday, December 13, 2024

Saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

Naxçıvan polisinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

1fc9c939 caec 3d5a 998f f9cabf44f36c

MənbəReport
Son xəbərlər
Digər xəbərlər