“Sberbank” 2025-ci ilin sonuna qədər rublun məzənnəsinin 1 ABŞ dolları üçün təxminən 90 rubla qədər zəifləyəcəyi proqnozunu qoruyub saxlayır.
Bu barədə “Sberbank”ın İdarə Heyəti sədrinin müavini, baş maliyyə direktoru Taras Skvortsov konfrans zəngi zamanı bildirib. “Biz həqiqətən də ilin sonuna qədər rublun müəyyən dərəcədə zəifləyəcəyini gözləyirik. Hazırda səviyyə 90 rubl ətrafındadır”, – deyə Skvortsov bildirib.
O dəqiqləşdirib ki, gələn il üçün proqnoz “Sberbank”ın dekabrın 10-da keçiriləcək və İnvestor gününə həsr olunmuş illik konfransda təqdim olunacaq.
Rusiya Mərkəzi Bankının məlumatına görə, 28 oktyabr tarixinə olan rəsmi məzənnə bir dollar üçün 79,98 rubl, bir avro üçün isə 92,02 rubl təşkil edir.







