Rusiyanın “Sberbank”ı Avropa bazarından çıxmağa qərar verib. Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Mövcud şəraitdə Sberbank Avropa bazarını tərk etmək qərarına gəlib. Qrupun törəmə bankları anormal vəsait axını, işçilərin və filialların təhlükəsizliyi ilə üzləşib”, – mesajda bildirilib.
Bu strukturlar “yüksək kapital və aktiv keyfiyyətinə malikdir, müştərilərin əmanətləri yerli qanunvericiliyə uyğun olaraq sığortalanır”, bank vurğulayıb.
“Sberbank” Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatına” cavab olaraq ABŞ və Böyük Britaniya sanksiyalarına məruz qalıb. Amerika banklarına martın 26-sınadək bankın və onun törəmə şirkətlərinin müxbir hesablarını bağlamaq əmri verilib. Bu gündən etibarən Amerika banklarına “Sberbank”ın iştirakı ilə əməliyyatlar aparmaq qadağandır.