13 C
Baku
Saturday, November 23, 2024

Sea Breeze yeni kampaniya elan edir: dəniz kənarında mənzil almaq daha rahat olacaq

®Sea Breeze Resort Xəzər dənizinin sahilində sürətlə inkişaf edən kurort şəhərciyidir. Avropa səviyyəli infrastruktura malik bu premium dənizkənarı kurort və sahil kompleksi 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. Bu gün 500 hektar əraziyə malik Sea Breeze əsrarəngiz dəniz sahəsi, müxtəlif memarlığa malik binalar və müasir premium infrastrukturu, eləcə də sakinlər və qonaqlar üçün hər cür xidmət və əyləncələri birləşdirir.

Hazırda Sea Breeze-də unikal Park Residences 3 layihəsində mənzil satışı davam edir. Avropa minimalizmi üslubunda tikilmiş və çox sevilən Park Residences layihəsinin üçüncü kompleksi olan Park Residences 3 yeni səviyyəli yaşayış kompleksidir və Avropa üslubu ilə müasir elementləri özündə birləşdirir. Burada sahəsi 51-158 kv.m arasında dəyişən 1620 mənzildən ibarət geniş seçim təklif olunur. 10 doqquzmərtəbəli binadan ibarət kompleksin sakinləri yerüstü və yeraltı dayanacaqlardan və dörd şəxsi hovuzdan istifadə edə bilərlər. Kompleksin ərazisində əyləncə parkı və su parkı da var. Bu isə ailələr üçün idealdır.

Park Residences layihəsinin 1-ci binasındakı daşınmaz əmlak tamamilə satılıb. İkinci kompleks tikilir və bu il istifadəyə veriləcək: burada mənzillər tam təmirli təhvil veriləcək. Park Residences 3 layihəsinin unikallığı odur ki, sakinlərə istənilən dizayn planını həyata keçirmək imkanı verir. Bütün mənzillər təmirsiz təhvil verilir ki, bu da istənilən ideya və fantaziyaları reallığa çevirməyə gözəl fürsətdir.

İpoteka festivalı çərçivəsində Park Residences 3 kompleksində daşınmaz əmlak alışı üçün xüsusi təklif var: 31 iyula qədər Park Residences 3-də ipoteka ilə mənzil aldıqda, ilkin ödənişin həcmi cəmi 10% olacaq. Bu sərfəli və xoş şərtlərlə Sea Breeze rezidenti olmağa tələsin.

Ətraflı məlumat üçün: 840

 

Son xəbərlər
Digər xəbərlər