29 C
Baku
Saturday, July 13, 2024

Selfharm nədir?

Son illlər müşahidələrim onu göstərir ki, yeniyetmələr yaranan stress və münaqişələr ilə necə bacaracağını bilmədiklərinə, bacarmadıqlarına görə, özünəxəsarət (selfharm) edirlər.

Özünə zərər vermə, özünə qarşı yönəlmiş aqressiyadır və özünü fərqli cür biruzə verir. Mütəxəssislər bu davranışı autoaqressiya adlandırırlar.

Özünə zərərin bir neçə növləri var:

Kəsiklər

Kəskin bir əşya ilə özünü  zədələmə, dəridə kəsiklərin qoyulmasıdır. Məsələn, bıçaq, iynə, şüşə və s.ilə.

Zərbələr.

Özünüzü divara, döşəməyə və ya digər səthə vurmaqdır. Bu həm də emosiyalarını fiziki olaraq ifadə etməyin bir yolu da ola bilər.

Dişləmək

Bədən hissələrinin dişlənməsidir.

Dermatillomaniya

Dəridə yaralara və infeksiyalara səbəb olan zədələrdir.

Boğulma

Boğazı sıxmaq kimi özünü boğaraq özünə zərər vermək kimi hərəkətlərdir.

Zəhərlənmə.

Zərər vermək üçün zəhərli maddələr və ya dərmanlar qəbul etməkdir.

Sadistik yaraların vurulması.

Maksimum zərər və ağrıya səbəb olmaqla, özünü idarə etmək və ya daxili ağrıları ifadə etməkdir.

Bəs bu hərəkətlər haradan qaynaqlana bilər?

Emosional çatışmazlıq hissi. İnsan  mənfi və ya çox sıx emosiyalarının öhdəsindən gələ bilməməsi ilə qarşılaşa bilər. Özünə zərər vermək bu duyğulardan  azad olmaq və ya ifadə etmək üçün bir yol kimi görünə bilər. Özgüvən özünəhörmət Özünəhörmətin aşağı olması, dəyərsizlik hissləri və ya özünəinamın olmaması, yeniyetmınin özünü cəzalandırması və ya bədəninə nəzarət etmək istəyinə səbəb ola bilər. Emosiyalarla mübarizə aparmaq üçün effektiv strategiyanın  olmaması. Fərd stressə, narahatlıq və ya depressiya ilə effektiv şəkildə necə mübarizə aparacağını bilmir və bu  çətin vəziyyətdən çıxmaq üçün bu hərəkətlərə əl atır. Fərdin öz – özüylə daxili münaqişəsı  və ağrıları. Bəzən insanlar öz – özü ilə daxili münaqişə və təsvir etmək çətin olan ağrılar yaşayıırlar. Özünə zərər verməyi bu daxili vəziyyətdən çıxış yolu kimi görürlər.

Həmyaşıdların təsiri və ya bir qrup insanın təsiri  Bəzi hallarda, xüsusən də yeniyetmələr arasında özünə xəsarət yetirmə çox müşahidə olunur. Həmyaşıdlarının təsiri altına düşə bilər. Bu zaman müəyyən bir qrupa “mənsub olduğunu” göstərmək üçün bu hərəkətlərə yol verilir Həmin vaxt davranış üçün kömək və dəstək vacibdir. Psixoloq, psixoterapevt, psixiatr mütəxəssislərinə müraciət etmək vacidbdir.

Daxili münaqişə və ağrı. Bəzən insanlarda daxili qarşıdurma, sözlə təsvir etmək çətin olan ağrılar yaşana bilər. Özünə zərər vermək bu daxili vəziyyətin xarici ifadəsini tapmaq cəhdi ola bilər. Depressiya və narahatlıq. Depressiya və ya narahatlığın təsiri altında bir insan ağrıları və ya emosiyaları aradan qaldırmaq yollarını axtara bilər və bu səbəbdən də bunu edə bilər. Dəstəyin – köməyin  olmaması. Özünü tənha, çıxılmaz vəziyyətdə hiss etməsi, dəstəyin və anlayışın olmaması və ya emosiyaları başqaları ilə bölüşə bilməməsi, bu boşluğu doldurmaq üçün bir yol olaraq fərdi özünə zərər verməyə təşviq edə bilər. Bu yazıda biz özünə zərər vermənin müxtəlif aspektlərinə baxdıq: bunun nə demək olduğunu və hansı formaları ala biləcəyindən tutmuş bu cür davranışa səbəb olan mümkün səbəbləri araşdırdıq.  Yadda saxlamaq lazımdır ki, özünə zərər verənlər üçün kömək və dəstək çox vacibdir. Psixoloq,psixoterapevt,psixiatr mütəxəssislərinə müraciət etmək kimi üsullardan istifadə edə bilərsiniz.

Nigar Cəbrayılova

Son xəbərlər
Digər xəbərlər