Azərbaycanda iri sement istehsalçısı olan “Norm” ASC təchizat şirkətlərindən birini məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, sement istehsalçısı “Sahil Supply” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmə işinin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
“Sahil Supply” MMC 2015-ci ildə yaradılıb və 1000 manat nizamnamə kapitalına sahibdir. Şirkət təchizat xidmətlərini həyata keçirir.