9 C
Baku
Monday, November 18, 2024

Seneqal milli valyutasını yaratmaq istəyir

Seneqalın yeni seçilmiş prezidenti Bassiru Diomaye Faye seçki kampaniyasında verdiyi vədi reallaşdıracağını söyləyib.

Diomaye Faye seçiləcəyi təqdirdə ölkəsinin Mərkəzi Afrika frankından (CFA) imtina edərək milli valyutaya keçəcəyini bildirmişdi.

Frankdan imtina hazırda Afrikanın bir çox ölkəsində yeni nəsil siyasətçilər tərəfindən geniş müzakirə olunur. Onlar milli valyutalara keçidi monetar suverenlik kimi qiymətləndirirlər. Afrika ölkələrində 13 ildən çox davam edən yeni vahid valyuta – ekoya keçidlə bağlı müzakirələr nəticəsiz olduğundan Seneqal rəhbərliyi milli valyutaya keçidi təklif edir. Onun təşəbbüsü Mali, Niger və digər ölkələr tərəfindən bəyənilsə də, hələlik konkret işlər görülməyib.

Qeyd edək ki, 1945-ci ildən Afrikanın 14 ölkəsində dövriyyədə olan Mərkəzi Afrika frankı Fransa müstəmləkəçiliyinin simvolu hesab edilir. Digər tərəfdən, pulun emissiyası Fransa Mərkəzi Bankına aid olduğu üçün vahid valyuta Afrika ölkələrinin inkişafına mane olur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər