13 C
Baku
Friday, April 19, 2024

Senior Java Developer – Unibank

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: Proqramlaşdırma/Bank

Vəzifə: Senior Java Developer

Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Öhdəliklər

– Bankın xarici müraciətlərini hazırlamaq və mövcud müraciətlərə yeniliklər əlavə etmək;
– Komandaya yeni qoşulmuş üzvləri iş üzrə yönləndirmək və problemlərin həll olunmasında köməklik göstərmək;
– OOP üzrə modelləşdirməni həyata keçirmək.

Namizədin profili

– Ali təhsil (Kompyuter elmləri və oxşar sahələrdə);
– Minimum 2 illik Enterprise Applicationlarda iş təcrübəsi;
– Minimum 1 illik Oracle bazası üzrə iş təcrübəsi (Oracle SQL və PL SQL );
– Minimum 1 illik JSF framework ilə iş təcrübəsi;
– Maven və Gradle ilə iş təcrübəsi (Maven arzu olunandır);
– HTML, Javascript, Css bilikləri;
– Core Java üzrə minimum 3 illik iş təcrübəsi (Sertfikatın mövcud olması arzuolunandır);
– VCS üzrə (SVN arzu olunandır) işləmək bacarığı;
– OOP üzrə güclü analizə malik olmaq.
– Spring boot və microservices barədə ümumi biliklər.

Qeyd: Müraciət doldurulan zaman Kopyuter bilikləri hissəsində İT sahəsinə aid müvafiq biliklər həmçinin qeyd edilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.

Son xəbərlər
Digər xəbərlər